Ərəb ölkələri İranla iqtisadi maraqlarını beynəlxalq sanksiyalara qurban verməyəcək - ekspertlər

Ərəb ölkələri İranla iqtisadi maraqlarını beynəlxalq sanksiyalara qurban verməyəcək - ekspertlər

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir T.Cəfərov/

Ekspertlərin fikrincə, ABŞ dövlət katibinin Fars körfəzi ölkələrinə səfərində əsas məqsəd İrana qarşı daha sərt cəzalar verilməsinə dəstək almaqdır, lakin ərəb ölkələri İrana qarşı sanksiyaları bütövlükdə icra edə bilməyəcəklər.

ABŞ dövlət katibi Hillari Klinton Fars körfəzi ölkələrinə səfər edib. O, səfər zamanı Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə olacaq. Bu, xanım Klintonun son iki ayda Fars körfəzi ölkələrinə ikinci səfəridir. Klinton Əbu-Dabidə jurnalistlərə açıqlamasında bildirib ki, İrana qarşı sanksiyalar bu ölkənin nüvə proqramını ləngidib, lakin problem (İranın nüvə silahı istehsal etməsi) öz həllini tapmayıb.

Bundan öncə "Mossad"a rəhbərliyinin son günlərini yaşayan Meir Dagan bildirmişdi ki, İranın nüvə proqramı "texniki" problemlərlə üzləşib və 2015-ci ilədək bu ölkənin nüvə silahı istehsal edəcəyi ehtimal olunmur. Xanım Klinton İranın nüvə proqramının ləngiməsinin əsas səbəbinin "texniki problemlər" deyil, sanksiyaların şiddətlənməsi olduğunu hesab edir.

Londonda fəaliyyət göstərən İran əsilli ekspert Əli Rza Nurizadə (Ali Reza Nourizadeh) hesab edir ki, Fars körfəzi ölkələri bacardıqları qədər İrana qarşı sanksiyaları icra ediblər, lakin İran və bu ölkələr arasında olan bağlılıqlar əlaqələrin tam kəsilməsinə imkan yaratmır.

"Fars körfəzi ölkələri və İran arasında təhlükəsizlik, iqtisadi və siyasi əlaqələr və bağlılıqlar var. Bu ölkələrin İrana qarşı sanksiyaları tam icra etməsi gözlənilmir və bu ölkələrin İranla mövcud ticarət dövriyyəsi hələ də davam edəcək", - İran-Ərəb Tədqiqat Mərkəzinin rəhbəri Əli Rza Nurizadə Trend-ə deyib.

Nurizadənin fikrincə, ərəb ölkələrində özəl sektorda fəaliyyət göstərənlər beynəlxalq sanksiyalara o qədər də ciddi yanaşmır, bu isə ABŞ-da narahatlıq doğurur.

İranın İSNA agentliyinin məlumatına görə, 2009-cu ilin mart ayından 2010-cu ilin sentyabr ayınadək (İran tarixi ilə ilin birinci yarısı) Fars körfəzi ölkələrindən 10 milyard dollar həcmində mal İrana idxal olunub. 2008-ci ildə eyni dövr üçün, İranın bu ölkələrdən idxalatının həcmi 8 milyard dollar təşkil edib. 2011-ci ilin yanvar ayının 1-də yayımlanan İran Gömrük İdarəsinin rəsmi məlumatına əsasən, İrana cari ilin əvvəlindən (İranda il mart ayında dəyişir) indiyədək 47,7 milyard dollar həcmində mal idxal edilib və bu rəqəm 2009-cu ilin eyni dövrü ilə müqayisədə 26 faiz artıb.

Nurizadə hedab edir ki, BƏƏ hər il İrana 9 milyard dollar həcmində mal ixrac edir. "ABŞ Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən İrana qarşı daha sərt cəzalar verilməsinə dəstək almaq istəyirsə, bu ölkələrə alternativlər təklif etməlidir", - ekspert deyib.

Bundan öncə İrana idxal olunan malların əksəriyyəti BƏƏ vasitəsilə gətirilirdisə, hazırda Türkiyə İranla iqtisadi əməkdaşlığını artırıb və BƏƏ üçün ciddi rəqibə çevrilib. 2010-cu ildə İranın Türkiyə ilə ticari dövriyyəsi 200 faiz artaraq 10 milyard dollara çatıb. Türkiyə və İran ticari dövriyyənin 30 milyard dollara qədər artırılması haqqında razılıq əldə ediblər.

Qətərli ekspert Fatin Ənaninin fikrincə, ABŞ Ərəb ölkələrini İrana düşmən etmək cəhdlərini davam etdirir, lakin ərəblər ABŞ-ın həqiqi məqsədlərinə şübhə ilə yanaşırlar.

"İsrail İranın düşmənidir, ərəblərin də. Ola bilsin, ABŞ-ın Ərəblərə İranla bağlı təklifləri İsrail tərəfindən diktə olunur"- deyə, Qətərli espert Ənani Trend-ə bildirib.

Ənaninin sözlərinə görə, müəyyən məqamlarda, o cümlədən, İranın Hizbullah və Hamas təşkilatını müdafiə etməsi, həm İsrail, həm də Ərəblərin mənafeinə ziddir, lakin, ABŞ-ın məqsədləri şübhəlidir: "Bəlkə də, ABŞ Ərəblərə (İran təhlükəsizni qabartmaqla) silah satışının həcmini artrımaq istəyir", -deə Ənani deyib.

Stokholm Sülh Tədqiqat Mərkəzinin (SIPRI) 2010-cu ilin silah satışı ilə bağlı məruzəsində ABŞ-ın Fars körfəzi ölkələri ilə 2015-ci ilədək 123 milyard dollar həcmində silah satışı müqaviləsi bağladığı bildirilib.

Yaxın Şərq və İran-ərəb ölkələri münasibətləri üzrə ekspert Həsən Hanizadə (Hassan Hanizadeh) isə İran və Qərb ölkələrinin İstanbulda nüvə proqramı ilə bağlı keçirəcəyi iclas ərəfəsində xanım Klintonun regiona səfərinin müzakirələrin gərgin keçirilməsinə şərait yaratmaq məqsədi ilə olduğunu düşünür.

"Klinton çalışır ki, İrana qarşı regionda birlik yaratsın və müzakirələrin gərgin atmosferdə keçirilməsinə səbəb olsun", - Hanizadə Trend-ə bildirib.

Hanizadənin fikrincə, Fars körfəzi ölkələri öz milli və regional maraqlarını ABŞ-ın maraqlarına qurban verməyəcəklər.

Məqalənin hazırlanmasında N.Quliyev iştirak edib.

TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Loading Bars
Xəbər lenti
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
Bütün xəbərlər