...

Ukrayna Ali Radasının spikeri Vladimir Litvinin Azərbaycana rəsmi səfəri gözlənilir

Siyasət Materials 13 Yanvar 2011 14:18 (UTC +04:00)
Ukrayna Ali Radasının spikeri Vladimir Litvin il ərzində Azərbaycana rəsmi səfər etmək üçün dəvəti edilib
Ukrayna Ali Radasının spikeri Vladimir Litvinin Azərbaycana rəsmi səfəri gözlənilir

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir M.Əliyev/ Ukrayna Ali Radasının spikeri Vladimir Litvin il ərzində Azərbaycana rəsmi səfər etmək üçün dəvəti edilib. Trend-in məlumatına görə, bu barədə Ukrayna Parlamentinin mətbuat xidməti yayıb.

Dəvəti spikerə bu gün Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli təqdim edib.

Səfir bildirib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin gələcək artımı üçün addımlardan biri parlamentlərarası dostluq qrupları və qanunvericilik orqanlarının rəhbərlərinin dialoqudur.

Litvin bildirib ki, Ukrayna və Azərbaycan dövlət başçıları, parlament rəhbərləri və xalqları arasında olan əməkdaşlığı parlamentlərarası əməkdaşlıqla gücləndirmək lazımdır.

 

Xəbər lenti

Xəbər lenti