...

Azərbaycan Prezidenti Latviya Respublikasına rəsmi səfərə gəlib (FOTO)

Siyasət Materials 17 Yanvar 2011 01:04 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Azərbaycan Prezidenti Latviya Respublikasına rəsmi səfərə gəlib (FOTO)

Şəkillər əlavə olunub (İlk xəbər saat 23:54-də yayılıb)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib.  Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Riqanın Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Latviyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti