...

Azərbaycan iki dövlət – İsrail və Fələstinin mövcudluğunu dəstəkləyir – Elmar Məmmədyarov

Siyasət Materials 24 Yanvar 2011 13:46 (UTC +04:00)
Azərbaycan iki dövlətin - İsrail və Fələstinin mövcudluğunu dəstəkləyir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kuveytin "Alrai" qəzetinə verdiyi müsahibəsində bildirib.
Azərbaycan iki dövlət – İsrail və Fələstinin mövcudluğunu dəstəkləyir – Elmar Məmmədyarov

Azərbaycan, Bakı, 24 yanvar /Trend,müxbir S. Ağayeva/

Azərbaycan iki dövlətin - İsrail və Fələstinin mövcudluğunu dəstəkləyir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kuveytin "Alrai" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Azərbaycan İsraillə diplomatik münasibətləri dəstəkləyir, Bakıda İsrail səfirliyi fəaliyyət göstərir, ölkədə yəhudi icması var, bundan əlavə, bizi sıx iqtisadi münasibətlər bağlayır. Fələstin probleminə gəldikdə isə, Azərbaycan Fələstini dəstəkləyir, bizim bu məsələ üzrə aydın mövqeyimiz var", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan bu günə qədər Tel-Əvivdə səfirliyini açmayıb. Çünki rəsmi Bakı iki dövlət - İsrail və Fələstinin mövcudluğunun tərəfdarıdır.

"Fələstinin BMT-də tam üzvlük və digər dövlətlərlə yanaşı tam mandat əldə etməsinin vacibliyinə inanıram", - Məmmədyarov qeyd edib.

Azərbaycanın İsraillə müdafiə sahəsində əməkdaşlığı barədə suala cavab verən nazir qeyd edib ki, mövcud qarşılıqlı münasibətlər Azərbaycan ərazilərinin işğalından sonra qurulub. "Ordumuzun silahlandırılması üçün bir çox dövlətlərə müraciət etmişik və yardım üçün birinci addımı İsrail atıb", - nazir deyib.

Məmmədyarov Azərbaycan-İsrail münasibətlərinin Tehranla əlaqələrə mənfi təsir göstərməyəcəyinə əminliyini vurğulayıb.

"Biz qonşuyuq, İranda eyni dildə danışdığımız çoxsaylı Azərbaycan icması, ümumi adət-ənənələrimiz var və biz mehriban qonşuluq siyasətinə inanırıq", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti