...

Misirdən 60-a yaxın Azərbaycan vətəndaşı təhliyə ediləcək - səfirlik

Siyasət Materials 30 Yanvar 2011 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir S.Ağayeva/

Altmış nəfərə yaxın Azərbaycan vətəndaşı təhliyə edilmək üçün Azərbaycanın Qahirədəki səfirliyinə müraciət edib, bu barədə Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən bildiriblər.

Alınan məlumata əsasən, Azərbaycanın Qahirədəki səfirliyinin əməkdaşları, onların ailə üzvləri, Misirdə təhsil alan tələbələr və bu ölkədə yaşayan və işləyən Azərbaycan vətandaşları Qahirə hava limanında onlar üçün xüsusi ayrılmış salona toplaşıb, Bakıdan gələn təyyarəni gözləyir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Misirdə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları və təhsil alan tələbələrin evakuasiya olunmasına dair səlahiyyətli qurumlara göstəriş verib, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib.

Bu gün saat 13:55-də Azərbaycan Hava Yollarının təyyarəsi Misirdə olan Azərbaycan vətəndaşlarını evakuasiya etmək üçün Bakıdan Qahirəyə yola düşüb. Bu barədə Trend-ə AZAL dövlət konsernindən bildiriblər.

Şənbə günü Misirdə baş verən kütləvi iğtişaşlar nəticəsində həlak olan Azərbaycan səfirliyinin əməkdaşının cəsədi də bu təyyarə ilə vətənə gətiriləcək.

Misirdə hal-hazırda 70-ə yaxın azərbaycanlı oxuyur və yaşayır.

Xəbər lenti

Xəbər lenti