...

Qazaxıstan prezidenti postuna iddiaçılar arasında üç qadın var

Siyasət Materials 18 Fevral 2011 11:13 (UTC +04:00)
Qazaxıstan prezidenti postuna iddiaçılar sırasında üç qadın var. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyası məlumat verib.
Qazaxıstan prezidenti postuna iddiaçılar arasında üç qadın var

Qazaxıstan, Astana, 18 fevral /Trend, müxbir A.Maratov/

Qazaxıstan prezidenti postuna iddiaçılar sırasında üç qadın var. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyası məlumat verib.

"Daha bir qadın, 1961-ci il təvəllüdlü Kojakulova Meyramkul Nurjanovna fevralın 17-də öz namizədliyini irəli sürmək hüququndan istifadə edərək Qazaxıstan prezidenti postuna seçkilərdə iştirak etmək üçün MSK-ya ərizə verib", - MSK-nın məlumatında deyilir.

Beləliklə, hazırda prezidentliyə namizədlər arasında üç qadın var. Komissiyanın məlumatına görə, bu gün ümumilikdə 16 nəfər öz namizədliyin irəli sürüb. Namizədlərin ərizələrinin qəbulu bazar günü, fevralın 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti