...

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Fevral 2011 12:20 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Trend-in məlumatına görə, MSK sədri vəzifəsinə Məzahir Pənahov, onun müavini vəzifəsinə isə Natiq Məmmədov seçilib.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri müəyyənləşib (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonrakı hissə əlavə olunub (ilk xəbər saat 12:06-da yayılıb)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Trend-in məlumatına görə, MSK sədri vəzifəsinə Məzahir Pənahov, onun müavini vəzifəsinə isə Natiq Məmmədov seçilib.

MSK katibləri vəzifələrinə bitərəf deputatların nümayəndələrindən Arifə Muxtarova, Parlamentdə azlıq təşkil edən deputatların nümayəndələrindən Mikayıl Rəhimov seçilib.

Fevralın 22-də Azərbaycan Milli Məclisinin iclasında MSK-nın yeni tərkibi təsdiqlənib.

Trend-in məlumatına görə, MSK-nın 18 nəfərlik tərkibində bu şəxslərin adları yer alıb:

Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (siyasi partiya mənsubiyyəti olmayan deputatların MSK-ya namizədləri. Bunlardan Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).

Azərbaycanın seçki qanunvericiliyinə əsasən, MSK hər beş ildən bir, parlament seçkilərindən sonra yenidən formalaşdırılır. MSK-nın 18 üzvündən 6 nəfəri parlamentdə çoxluq təşkil edən partiyanın nümayəndələri, 6 nəfəri azlıq təşkil edən partiyaların, digər 6 nəfər isə bitərəf deputatların nümayəndələrindən ibarət olur.

Xəbər lenti

Xəbər lenti