...

Avropa Parlamentinin komitəsi Şərq tərəfdaşları üçün Aİ-yə üzvlüyü dəstəkləməyib

Siyasət Materials 17 Mart 2011 12:25 (UTC +04:00)
Avropa Parlamentinin Xarici əlaqələr komitəsi "Şərq tərəfdaşlığı"nın iştirakçısı olan ölkələrin Avropa İttifaqına üzvlüyünün perspektivləri ilə bağlı razılığa gələ bilməyib.
Avropa Parlamentinin komitəsi Şərq tərəfdaşları üçün Aİ-yə üzvlüyü dəstəkləməyib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Avropa Parlamentinin Xarici əlaqələr komitəsi "Şərq tərəfdaşlığı"nın iştirakçısı olan ölkələrin Avropa İttifaqına üzvlüyünün perspektivləri ilə bağlı razılığa gələ bilməyib. Trend-in məlumatına görə, bu barədə UKRİNFORM məlumat verir.

Çərşənbə günü Brüsseldə keçirilən iclas zamanı komitə şərq və cənub ölçülərində Avropa Mehriban Qonşuluq Siyasətinə yenidən baxılması üzrə iki məruzəni bəyənib.

Hər iki sənəd səs çoxluğu ilə qəbul edilib və iki həftədən sonra Strasburqda Avropa Parlamentinin plenar iclası zamanı səsverməyə çıxarılacaq.

Parlament qətnamələri layihəsinə hətta Gürcüstan, Azərbaycan, Moldova, Ukrfayna, Belarus və Ermənistanın aid olduqları "Şərq tərəfdaşlığı" iştirakçısı olan ölkələrin Aİ-yə üzvlüyünün perspektivləri haqqında tezis daxil edilməyib.

Nəticədə bu tezis Avropa Xalq Partiyasının (AXP) təşəbbüsü ilə qəbul edilməyib. Bunu Qonşuluq siyasətinin Şərq ölçülərinə dair məruzənin müəllifi, polşalı deputat Marek Sivets səsvermənin yekunları üzrə bildirib.

"Təəsssüf ki, biz yalnız o haqda danışırıq ki, adıçəkilən ölkələr üçün "Aİ Avropa perspektivlərini dəstəkləyir". Bir çox başqa deputatlar kimi, mənim üçün də aydındır ki, bu ölkələr üçün üzvlüyün perspektivi siyasi və iqtisadi islahatlar üçün güclü təkandır", - Sivets bildirib.

Danışıqlar iki həftədən sonra AXP-nin qətnaməsi üzrə səsverməyədək davam edəcək.

"Şərq tərəfdaşlığı" 2009-cu ildə Polşa və İsveçin irəli sürdüyü təşəbbüsdür. Proqram Aİ_nin iştirakçı ölkələrlə iqtgisadi yaxınlaşmasını, həmçinin, viza rejimini sadələşdirilməsini, energetika sahəsində əməkdaşlığı, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur.

AP deputatı Sivets onu da bildirib ki, AXP-nin şərq ölçüləri üzrə məruzəsi bütün altı tərəfdaş ölkənin demokratik inkişafı üçün dəqiq stimulların müəyyən edilməsi, fərqlənmə prinsipi nəzərə alınmaqla Aİ ilə Şərq tərəfdaşları arasında innovasiya prinsiplərindən ibarətdir.

Yenilənmiş konsepsiya dəqiq "nəzarət məntəqələrini" və siyasi, sosial və iqtisadi göstəriciləri müəyyən edəcək. Onların uğurla həyata keçirilməsindən sonra tərəfdaş ölkələr Aİ tərəfdən böyük dəstəyə ümid edə bilərlər.

Deputat qeyd edib ki, məruzənin müzakirəsi çoxlarının demək olar ki, sabitlik və hətta firavanlıq regionu hesab etdikləri Şimali Afrikada baş verən hadisələr fonunda keçib.

"Bu, qismən belədir. Lakin biz xatırlamalıyıq ki, bu regiondakı müsbət dəyişikliklər həm də AXP ilə əməkdaşlıq sayəsində əldə olunub. Ona görə də Şərqdəki tərəfdaşlarımızın Aİ tərəfdən heç də cənub qonşularımıza nisbətən az diqqətə layiq olmadıqları barədə mövqeyimizdə təkid edəcəyik", - Sivets bildirib və bu prinsipin Aİ-nin növbəti maliyyə perspektivində əks olunacağına ümidini ifadə edib.

"Şərq tərəfdaşlığı" üzrə ikinci sammitin bu ilin payızında bu dövrdə Aİ-yə sədrlik edəcək Polşada keçirilməsi planlaşdırılır. Proqramın təsis sammiti 2009-cu ilin mayında Praqada keçirilib.

Xəbər lenti

Xəbər lenti