...

Azərbaycan Prezidenti MTN-in bir qrup əməkdaşını təltif edib

Siyasət Materials 18 Mart 2011 19:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti MTN-in bir qrup əməkdaşını təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlmiş əməliyyat tədbirlərinin həyata keçirilməsində, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Əliyev İlqar Mustafa oğlu - polkovnik-leytenant
Əsədullayev Ədalət Hüseyn oğlu - general-mayor

"Vətən uğrunda" medalı ilə

Əhmədov Fuad Ramiz oğlu - mayor
Hüseynov Rüstəm Məhəmməd oğlu - mayor
İbrahimov Rövşən Xudaverdi oğlu - kapitan
Ləzgiyev Akif Əkbər oğlu - polkovnik-leytenant
Məmmədov Səlim İmran oğlu - polkovnik
Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant

"İgidliyə görə" medalı ilə

Camalxanov Zaur Vəli oğlu - mayor
Eyvazov Əbil Məmməd oğlu - mayor
Nuruşov Vüsal Elfrond oğlu - baş leytenant
Süleymanov Elşən Müzəffər oğlu - baş leytenant

"Hərbi xidmətlərə görə" medalı ilə

Əhmədov Ramin Hüseyn oğlu - mayor
Qasımov Mahir Rəhman oğlu - ədliyyə polkovnik-leytenantı
Muxtarov Vüqar Muxtar oğlu - mayor
Mustafayev Saleh Rahid oğlu - mayor
Orucəliyev Elnur Akif oğlu - mayor

Xəbər lenti

Xəbər lenti