Qazaxıstan , Astana, 4 aprel /Trend , müxbir A.Maratov/
Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayev bazar günü keçirilən prezident seçkilərində 95,5 faiz səs toplayıb. Trend-in məlumatına görə, bu ilkin məlumatları bazar ertəsi Qazaxıstan Mər kəzi Seçki Komissiyası yayıb.
" Seçki komissiyalarından alınan operativ məlumatlar əsasında indiki anadək səslər aşağıdakı qaydada bölüşdürülüb: seçicilərin 1,4% -i Ahmetbekova ( Jambıl), 1,2% -i Yeliusizova ( Mels), 1,9% -i Qasımova ( Qani), 95,5% -i Nazarbayevə səs verib", - MSK rəhbəri Kuandık Turqankulov Astanada brifinqdə məlumat verib. Xəbəri RİA Novosti yayıb.
O qeyd edib ki, bunlar "yekun deyil, ilkin" məlumatlardır. "Çünki ərazi seçki komissiyalarından protokollar bizə yenicə daxil olmağa başlayıb, seçki qanunvericiliyi ilə (onların hesablanmasına) iki gün vaxt ayrılır", - o, izah edib. MSK rəhbəri xatırladıb ki, qanunvericiliyə uyğun olaraq, səsverməyə aprelin 12-dən gec olmayaraq yekun vurulacaq.