...

Azərbaycan və Yunanıstan prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Siyasət Materials 5 Aprel 2011 14:38 (UTC +04:00)
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papuliasın təkbətək görüşü olub. Bu barədə prezidentin rəsmi saytı məlumat verib.
Azərbaycan və Yunanıstan prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Şəkillər əlavə olunub (İlk xəbər 11:44-də yayılıb)

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papuliasın təkbətək görüşü olub. Bu barədə prezidentin rəsmi saytı məlumat verib.

Görüşdə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirilib.

Dövlət başçıları ikitərəfli və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti