...

Azərbaycanın xarici işlər naziri Avropa Parlamentinin deputatını qəbul edib

Siyasət Materials 8 Aprel 2011 19:23 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin Sənaye, araşdırmalar və enerji komitəsinin Fransadan olan üzvü xanım Raşida Datini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Avropa Parlamentinin deputatını qəbul edib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin Sənaye, araşdırmalar və enerji komitəsinin Fransadan olan üzvü xanım Raşida Datini qəbul edib.Bu barədə cümə günü Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Dati Bakıda Ümumdünya Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı və keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşüb.

Məmmədyarov qonağa Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, Azərbaycanın iştirakı ilə həyata keçirilən regional enerji, infrastruktur layihələr və ölkənin iqtisadi inkişaf perspektivləri barədə məlumat verib. Enerji məsələlərinin müzakirəsi zamanı "Cənub dəhlizi"nə aid enerji layihələri diqqət mərkəzində olub.

Dati Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində bu əhəmiyyətli və strateji layihələrin mühüm rol oynayacağını vurğulayıb. AP-nin üzvü bu layihələrin gerçəkləşməsi ilə bağlı nikbin olduğunu qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər regional məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti