...

Azərbaycanda bir qrup müxalifətçi xarici qüvvələrin əlində ucuz alətə çevrilib - deputat

Siyasət Materials 16 Aprel 2011 12:11 (UTC +04:00)
Radikal müxalifət partiyaları indiki fəaliyyətləri ilə Azərbaycanı 1990-cı illərin əvvəlinə qaytarmaq istəyirlər. Ancaq Azərbaycan bu mərhələni çoxdan keçib.
Azərbaycanda bir qrup müxalifətçi xarici qüvvələrin əlində ucuz alətə çevrilib - deputat

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

Radikal müxalifət partiyaları indiki fəaliyyətləri ilə Azərbaycanı 1990-cı illərin əvvəlinə qaytarmaq istəyirlər. Ancaq Azərbaycan bu mərhələni çoxdan keçib. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Rəhimzadə bildirib ki, heç bir idarəçilik səriştəsi olmayan, siyasi fəaliyyətləri və təcrübələri sıfıra bərabər olan bəzi müxalifətçilərin hərəkətləri məntiqsizdir. Onun sözlərinə görə, səs-küy salmaqla ölkədə qarışıqlıq yaratmaq mümkünsüzdür.

"Sabitliyi pozmaq istəyənlər xaricdən maliyyələşirlər. Onlar Azərbaycanın reallıqlarını bilməyənlərdir. Hesab edirlər ki, hansısa qarşıdurmalarla nəyəsə nail ola bilərlər. Amma başa düşmürlər ki, xarici qüvvələrin məqsədi Azərbaycana təzyiq etməkdir, öz maraqlarını təmin etməkdən ötrü ölkəmizə təsir göstərməyə çalışırlar. Bir qrup müxalifətçi isə onların əlində ucuz alətə çevrilib", - Rəhimzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti