...

Azərbaycanın deputatları Almaniyanın kənd təsərrüfatı kooperasiyası sahəsində təcrübəsini öyrənəcəklər

Siyasət Materials 30 Aprel 2011 14:18 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Eldar Quliyev Almaniyanın kənd təsərrüfatı sahəsində təcrübəsini öyrənmək üçün mayın 2-də Berlinə səfər edəcəklər.
Azərbaycanın deputatları Almaniyanın kənd təsərrüfatı kooperasiyası sahəsində təcrübəsini öyrənəcəklər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Eldar Quliyev Almaniyanın kənd təsərrüfatı kooperasiyası sahəsində təcrübəsini öyrənmək üçün mayın 2-də Berlinə səfər edəcəklər. Trend-in məlumatına görə, bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Səfər zamanı azərbaycanlı deputatlar Almaniyanın Qidalanma, kənd təsərrüfatı və istehlakçıların hüquqlarının qorunması üzrə Federal Nazirliyində və digər qurumlarda bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə məqsəd əsası orta əsrlərdə qoyulmuş Avropa kooperativ hərəkatının öncüllərindən olan Almaniyanın bu sahədəki təcrübəsini öyrənmək, ölkənin kooperasiya sisteminin qanunvericilik bazası ilə yaxından tanış olmaqdır.
Səfər zamanı deputatlar Almaniyanın Saksoniya əyalətində kənd təsərrüfatı kooperativlərinin əldə etdikləri nailiyyətlərlə maraqlanacaqlar. Nümayəndə heyətinin üzvləri Leypsiq şəhərində keçiriləcək "AGRA-2011" sərgisini də ziyarət edəcəklər.

Azərbaycan Parlamenti aprelin 15-də "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

Xəbər lenti

Xəbər lenti