...

Azərbaycan Prezidenti Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədrini qəbul edib

Siyasət Materials 3 May 2011 19:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Vadim Zaytsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın önəmi qeyd olunub, təhlükəsizlik sahəsində əlaqələri genişləndirməyin zəruriliyi bildirilib.

Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti