...

Qırğızıstanın müxalifət partiyasının lideri Kubada çimərkən batıb

Siyasət Materials 4 May 2011 12:17 (UTC +04:00)
Qırğızıstanın müxalif Zamandaş Partiyasının lideri Muxtarbek Omurakunov Kuba kurortlarından birində bədbəxt hadisə nəticəsində həlak olub. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" Qırğızıstan XİN-in nümayəndəsinə istinadən xəbər yayıb.
Qırğızıstanın müxalifət partiyasının lideri Kubada çimərkən batıb

Azərbaycan, Bakı, 4 may /Trend/

Qırğızıstanın müxalif Zamandaş Partiyasının lideri Muxtarbek Omurakunov Kuba kurortlarından birində bədbəxt hadisə nəticəsində həlak olub. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" Qırğızıstan XİN-in nümayəndəsinə istinadən xəbər yayıb.

"Qırğızıstan XİN-in məlumatına görə, Omurakunov Havananın 150 kilometrliyində yerləşən Varadero istirahət zonasında dincəlirmiş. Aprelin 30-da onun meyiti Atlantik okeanının sahillərindən tapılıb", - agentliyin müsahibi bildirib.

Qırğızıstan KİV-inin Omurakunovun dostlarına istinadən yaydığı məlumata görə, o, qasırğa zamanı çimərkən batıb.

Siyasi liderin cəsədinin Qırğızıstanın RF-dəki səfirliyinin yardımı ilə cümə axşamı vətənə gətiriləcəyi gözlənilir.

Qırğızıstanın Kubada diplomatik nümayəndəliyi yoxdur.

Xəbər lenti

Xəbər lenti