...

Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş rəsm və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

Siyasət Materials 5 May 2011 11:30 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş rəsm və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş rəsm və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/

Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş rəsm və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb. Trend-in məlumatına görə, mərasim cümə axşamı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilib.

Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxışı zamanı qeyd edib ki, məktəblilər 70-dən çox rəsm əsəri, 65 şeirlə müsabiqəyə qoşulub. Onun sözlərinə görə, rəsm və şeir müsabiqəsinin hər birində birinci yer üçün 300 manat, ikinci yer üçün 200 manat, üçüncü yer üçün isə 150 manat məbləğində mükafat müəyyən olunub.

Həsənovun çıxışından sonra qaliblərə mükafatlar verilib.

Rəsm müsabiqəsi üzrə birinci yerə Xocavənd rayon sakini İlyasova Şəlalə Mahir qızı, ikinci yerə Zəngilan rayon sakini Vəliyeva Əfsanə İlqar qızı, üçüncü yerə isə Cəbrayıl rayon sakini Abıyev Mehdi Hacı oğlu layiq görülüb. Şeir müsabiqəsi üzrə isə birinci yerə Xocalı rayon sakini Baxışlı Əsmər İnqilab qızı, ikinci yerə Ağdam rayon sakini Şükürlü Pərvin Hüseyn qızı, üçüncü yerə isə Şuşa şəhər sakini Abbasova Fidan Sadiq qızı layiq görülüb.

Xəbər lenti

Xəbər lenti