...

Rusiya Prezidenti Azərbaycanla dövlət sərhədi haqqında müqaviləni təsdiqlənmək üçün Dövlət Dumasına göndərib

Siyasət Materials 5 May 2011 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Rusiya Prezidenti Dmitri Medvedev RF, Azərbaycan və Gürcüstanın dövlət sərhədlərinin qovuşduğu nöqtədən Xəzər dənizinədək quru xətti barədə müqaviləni təsdiqlənmək üçün Dövlət Dumasına göndərib. Bu barədə parlamentin aşağı palatasının aparatından bildiriblər. Trend-in məlumatına görə, xəbəri "RİA Novosti" yayıb.

Müqavilə ötən il sentyabrın 3-də Bakıda imzalanıb.

Qoşma sənədlərdə qeyd edildiyi kimi, bu xətt Dağıstan MSSR və Azərbaycan SSR arasındakı keçmiş inzibati sərhədə uyğundur.

Rusiya Azərbaycanla dövlət sərhəddi haqqında müqavilə imzalayan ilk ölkədir.

Bir müddət əvvəl RF XİN Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ərazi iddialarının olmadığını bir daha təsdiq edib.

RF ilə Azərbaycan arasında quru sərhədinin uzunluğu 284 kilometrdir. Rusiya dövlət sərhədinin ümumi uzunluğu təxminən 60 min kilometrdir.

Xəbər lenti

Xəbər lenti