...

Azərbaycan Prezidenti İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO)

Siyasət Materials 5 May 2011 19:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, uzunluğu 12 kilometr olan bu yol əvvəllər istifadəyə yararsız halda olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, 42 minə yaxın əhalisi olan yeddi yaşayış məntəqəsini əhatə edən İmişli-Qaravəlili-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə ötən ilin sonlarında başlanıb. Həmin avtomobil yolu müasir tələblərə uyğun olaraq yenidən qurulub, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Dünya standartları səviyyəsində inşa olunan bu yolda əvvəllər yük və sərnişin avtomobillərinin hərəkətinə mane olan bütün maneələr aradan qaldırılıb, insanların uzun müddətdən bəri davam edən narahatlığına son qoyulub. Yolun istifadəyə verilməsi İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini də iki dəfə azaldıb.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib, görülmüş işlərdən razılığını bildirib.

FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti