...

Pakistan Azərbaycanla ikitərəfli münasibətləri genişləndirmək fikrindədir - Prezident

Siyasət Materials 6 May 2011 11:47 (UTC +04:00)
Pakistan Azərbaycanla xüsusilə iqtisadiyyat, ticarət və investisiya əlaqələri sahəsində ikitərəfli münasibətləri genişləndirmək fikrindədir.
Pakistan Azərbaycanla ikitərəfli münasibətləri genişləndirmək fikrindədir - Prezident

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir S.Ağayeva/

Pakistan Azərbaycanla xüsusilə iqtisadiyyat, ticarət və investisiya əlaqələri sahəsində ikitərəfli münasibətləri genişləndirmək fikrindədir.

Pakistan Prezidenti Asif Əli Zərdari ölkənin Azərbaycandakı yeni səfiri İnayətulla Kakarı bu məsələlərə diqqət yönəltməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə "The News" nəşri xəbər verir.

Zərdari Azərbaycana yeni təyin olunmuş səfiri təbrik edərək ona Pakistan hökuməti üçün əlverişli olan gələcək investisiya siyasətinin stimullaşdırılması üçün investorları və işgüzar dairələri təşviq etməyə çağırıb.

İnayətulla Kakar bu vəzifədə Azərbaycanda 2008-ci ilin iyulundan çalışan Əbdül Həmidi əvəz edəcək.

Diplomatik nümayəndəlikdən Trend-ə verilən məlumata görə, yeni səfirin ölkəyə iyun-iyul aylarında gələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti