Azərbaycan, Bakı, 6 may /Trend/
Bakıda M.V.Lomonosov adına MDU-nun filialında abituriyentlər üçün açıq qapılar günü keçiriləcək.
Trend-in məlumatına görə, abituriyentlər Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialına daxil olmaq üçün 2011-ci ilin qəbul sınaqlarının şərtləri və qaydaları ilə tanış olmağa və ali məktəbin filologiya, kimya, riyaziyyat və kompüter elmləri, psixologiya fakültələrində bakalavrların hazırlanması ilə bağlı məlumat əldə etməyə dəvət olunurlar.
Açıq qapılar günü 2011-ci il mayın 14-də saat 16:00-da Bakı şəhəri, Firudin Ağayev küçəsi, 14 ünvanında ("Elmlər Akademiyası metrostansiyasının yaxınlığında) olacaq. Əlaqə nömrəsi: 510 96 08.