Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı əlahəzrət V Haraldı ölkəsinin milli bayramı münasibətilə təbrik edib, Prezidentin rəsmi saytı xəbər verir.
"Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Norveç münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Krala möhkəm cansağlığı, işlərində uğurlar, dost Norveç xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.