...

Azərbaycan Prezidenti "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramını təsdiq edib

Siyasət Materials 16 May 2011 20:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb, Prezidentin rəsmi saytı xəbər verir.
Azərbaycan Prezidenti "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramını təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb, Prezidentin rəsmi saytı xəbər verir.

Dövlət Proqramı Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsini, iqtisadi subyektlərə və əhaliyə təqdim olunan maliyyə xidmətlərinin daha da genişləndirilməsini təmin etmək məqsədilə təsdiq edilib.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti