...

Çexiya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 17 May 2011 16:52 (UTC +04:00)
Azrbaycanda rəsmi səfərdə olan Çexiya Prezidenti Vatslav Klaus çərşənbə axşamı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət edib.
Çexiya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan, Bakı, 17 may /Trend/

Azrbaycanda rəsmi səfərdə olan Çexiya Prezidenti Vatslav Klaus çərşənbə axşamı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çexiya Prezidenti Vatslav Klaus "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Çexiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Sonra Çexiya dövlətinin başçısı Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. AIi qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti