...

Avropa Komissiyası "Azərbaycanda ədliyyə islahatlarına dəstək" proqramını həyata keçirir

Siyasət Materials 21 May 2011 14:23 (UTC +04:00)
Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə 2011-2013-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edir.
Avropa Komissiyası "Azərbaycanda ədliyyə islahatlarına dəstək" proqramını həyata keçirir

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

Avropa Komissiyası "Azərbaycanda ədliyyə islahatlarına dəstək" proqramını həyata keçirir.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə 2011-2013-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edir.

Layihə çərçivəsində vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, məhkumların islah olunması, onlara göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması, probasiya təcrübəsinin öyrənilməsi, müxtəlif maarifləndirmə və tədris tədbirlərinin keçirilməsi ilə bağlı işlərin görülməsini nəzərdə tutur.

Həmin layihələrin icrası vəziyyətinin müzakirə olunması məqsədilə ədliyyə naziri Fikrət Məmmədov ölkəmizə səfər edən Avropa İttifaqının məsul nümayəndə heyətini qəbul edib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri vurğulanıb, beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aparılan demokratik islahatların təqdir edilməsi, birgə həyata keçirilən proqramların əhəmiyyəti və faydası qeyd olunaraq, bu mühüm layihələrin uğurla icra olunacağına əminlik ifadə olunub.

Qonaqlar Avropa İttifaqının Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi niyyətində olduğunu bildirib, layihələrin daha da zənginləşdirilməsi üçün ölkəmizdə uğurla aparılan ədliyyə və məhkəmə islahatlarının son nailiyyətləri ilə maraqlanıblar.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub, Hərtərəfli İnstitusional Quruculuq birgə proqramı üzrə qarşıda duran işlərdən danışılıb, habelə layihələrin səmərəsinin artırılmasına dair konkret təkliflər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti