...

Belqradda Azərbaycana həsr olunmuş fotosərgi keçirilib

Siyasət Materials 25 May 2011 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Belqrad şəhər meriyasının binasında gənc serb fotoqrafı Konstantin Novakoviçin fotorəsmlərindən ibarət və Azərbaycana həsr olunmuş "Odlar Yurdu Azərbaycan: bir səyahətçinin gözü ilə" adlı fotosərgi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, fotosərgidə Serbiya ictimaiyyətinin nümayəndələri, ziyalılar, incəsənət adamları, Belqrad şəhər meriyasının rəhbərliyi, Serbiyada akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, Serb iya-Azərbaycan T icarət-İqtisadi Palatasının, Belqraddakı Azərbay can Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri , Serb iyada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ebiblər .

Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, iki ölkə arasında sürətlə inkişaf edən dost və mehriban əlaqələrdən, Azərbaycan səfirliyi və Mədəniyyət Mərkəzinin Azərbaycan-Serbiya mədəni əlaqələrinin dərinləşdirilıməsi və genişləndirilməsi istiqamətində apardığı birgə fəaliyyətdən danışıb.

Xəbər lenti

Xəbər lenti