...

ADA-nın Əfqanıstanın dövlət rəsmiləri üçün treninqi sona çatıb (FOTO)

Siyasət Materials 26 May 2011 16:46 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) va Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) Əfqanıstanın dövlət rəsmiləri üçün treninqi başa çatıb. Bu barədə Trend-ə ADA-nın mətbuat xidmətindən məlumat verilib.
ADA-nın Əfqanıstanın dövlət rəsmiləri üçün treninqi sona çatıb (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Diplomatik Akademiyası (ADA) va Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) Əfqanıstanın dövlət rəsmiləri üçün treninqi başa çatıb. Bu barədə Trend-ə ADA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iki həftə davam edən "Dövlət idarəçiliyi kursu: keçid dövrünün tənzimlənməsi" təlimlərinə Əfqanıstanın Xarici İşlər, Ədliyyə, Qadın İşləri nazirlikləri, Baş Prokurorluq, Milli Şura və məhkəmə sistemində təmsil olunan 19 dövlət rəsmisi cəlb olunub.

Kursların başa çatması münasibətilə təşkil olunan mərasimdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev qeyd edib ki, bu ADA-nın GCSP ilə əfqan rəsmilər üçün təşkil etdiyi ikinci birgə kursdur.

Paşayev keçən il olduğu kimi, bu il də təlimlərin maraqlı və faydalı olduğunu, iki qardaş xalq arasında yalnız akademik deyil, mədəni dialoqun artmasına tövhə verdiyini xatırladıb. Paşayev bildirib ki, əfqan rəsmilər üçün təlim ümimiyyətlə Azərbaycan hökumətinin adı çəkilən ölkəyə qeyri-hərbi yardım siyasətinin bir hissəsidir.

İşveçrənin Azərbaycandakı səfiri xanım Sabinə Ulmann qeyd edib ki, Azərbaycan Diplomatik Akademiyasının əfqan rəsmilərə göstərdiyi dəskət layihəyə cəlb olunan digər 3 ölkə - Norveç, Finlandiya və İşveçrə tərəfindən yüksək qiymətləndirilir. Xanım Ulmann layihəyə ev sahibliyi etməklə yanaşı, professor-müəllim heyətinin dediyi mühazirələrə görə də ADA-ya təşəkkürünü bildirib.

Daha sonra kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

Azərbaycanda olduqları müddətdə 19 təlim dinləyicisi rəsmi Kabilin xarici siyasəti və siyasi birliyin əldə olunması, münaqişələrin təhlili, korrupsiya ilə mübarizə, cəmiyyətdə etimadın qurulması, mütəşəkkil cinayətkarlıqla mübarizə, narkotiklərin cəmiyyətdə yaratdığı problemlər, azad, müstəqil və siyasətdən kənar məhkəmə sisteminin qurulması, media ilə hökumətin münasibətləri, əfqan qaçqınların reinteqrasiyası və məcburi köçkünlərin problemlərinin həlli, ölkənin miqrasiya siyasətinin qurulması, diasporanın yenidənqurma işlərinə cəlb olunması, vətandaş təhlükəsizliyinin təmin olunması, qanun aliliyi, plüralist sistemdə münaqişə və sülhün qurulması, vətəndaş cəmiyyətində ədalət və təhsilin inkişafı mövzularında mühazirələr dinləyiblər.

Son iki ildə Azərbaycan Diplomatik Akademiyası va Cenevrənın Təhlükəsizlik Siyasət Mərkəzi Azərbaycanda 37 Əfqanıstan rəsmisinə təlim keçiblər. Həmçinin, qonaqların Azərbaycanın tarixi-mədəni irsi ilə tanış olmaları üçün ekskursiyalar təşkil olunub.

Xəbər lenti

Xəbər lenti