...

Britaniyalı parlamentari Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 29 May 2011 14:10 (UTC +04:00)
Britaniya-Azərbaycan parlament qrupunun sədri, Konservativ Partiyasının, "Cities of London and Westminster" ərazisindən Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin üzvü Mark Fieldin başçılıq etdiyi nümayəndə heyəti mayın bazar gunu Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur
Britaniyalı parlamentari Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Britaniya-Azərbaycan parlament qrupunun sədri, Konservativ Partiyasının, "Cities of London and Westminster" ərazisindən Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin üzvü Mark Fieldin başçılıq etdiyi nümayəndə heyəti mayın bazar gunu Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Trend-in məlumatına görə, Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Britaniyalı qonaqlar ingilis əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etmiş, önünə əklil qoymuşlar.

Mark Field bildirib ki, Böyük Britaniya parlamentinin 6 üzvü ilə Azərbaycana 5 günlük səfərə gəlmişik. Bakıda müəyyən görüşlər keçirmişik. Məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olduq, cəbhə xəttində olmuşuq və bu gün də Qubaya səfər edəcəyik.

Azərbaycan xalqının qonaqpərvərliyi, dərin tarixi kökləri bizi valeh etmişdir. Azərbaycanın çox böyük ümidli gələcəyi vardır. Xüsusilə də Bakıda iqtisadiyyatın sürətli inkişafının şahidi olmuşuq. Azərbaycanın gənc nəsli çox gözəl işıqlı bir gələcəkdə yaşayacaqdır.

Bizə məlum oldu ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnamə 19 ildir ki, öz icrasını tapmamışdır. Çalışacağıq ki, yollar axtaraq, həmin qətnamələrin icrasına töhfələr verək.

Xəbər lenti

Xəbər lenti