...

Gürcüstanda çərkəz soyqırımının tanınması ilə bağlı qanun layihəsinin qəbulu birbaşa Rusiya əleyhinə addımdır - politoloq

Siyasət Materials 2 İyun 2011 15:23 (UTC +04:00)
Gürcüstan Parlamentinin çərkəz soyqırımının tanınması ilə bağlı qanun layihəsini qəbul etməsi birbaşa Rusiya əleyhinə addımdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Gürcüstanda çərkəz soyqırımının tanınması ilə bağlı qanun layihəsinin qəbulu birbaşa Rusiya əleyhinə addımdır - politoloq

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

Gürcüstan Parlamentinin çərkəz soyqırımının tanınması ilə bağlı qanun layihəsini qəbul etməsi birbaşa Rusiya əleyhinə addımdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Rusiya Federasiyasının müasir siyasəti ölkənin tarixində baş vermiş çox hadisələrə normal qiymət verməyib. Çərkəzlərin kütləvi qırılması məsələsi də bunlardan biridir", - politoloq deyib.

Bu il mayın 20-də Gürcüstan Parlamenti Rusiya imperiyasının çərkəzlərə qarşı soyqırım törətməsinin tanınması ilə bağlı qanun qəbul edib.

Əhmədoğlu qeyd edib ki, rəsmi Moskva bu mövzunu müzakirə etməkdən ehtiyatlanıb, amma bununla yanaşı, Şimali Qafqazda və Gürcüstanda bu məsələ aktiv müzakirə olunub.

"Rusiyalı siyasətçilər təşəbbüsü ələ alıb çərkəz soyqırımı ilə bağlı mövzunun müzakirəsini intensivləşdirsəydilər, müzakirənin əvvəlində başlayan narazılıqlar sonradan daha konstruktiv məcraya yönəldilə bilərdi. Müzakirələrin intensivləşdirilməsi əvəzinə, Moskvadakı müəyyən qüvvələr Şimali Qafqaz xalqları arasında destruktiv fəaliyyəti dar maraqlar naminə qızışdırdılar", - politoloq bildirib.

Onun sözlərinə görə, ermənilər və Dağıstan xalqları içərisində olan bəzi separatçılar uzun müddət Moskvada Azərbaycana və Şimali Qafqaza qarşı təxribat xarakterli ideyalar yaymaqla məşğul oldular.

"İndi Moskva çərkəz mövzusunda çətin durumdadır", - Əhmədoğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti