...

Azərbaycan ərazisindəki iki sərhədyanı kəndin sakinləri ilə bağlı məsələ həll olunmağa başlayıb

Siyasət Materials 8 İyun 2011 15:08 (UTC +04:00)
Azərbaycan ərazisindəki iki sərhədyanı kəndin - Uryanoba və Xraxobanın sakinləri ilə bağlı məsələ həll olunmağa başlayıb. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çərşənbə günü mətbuat konfransında bildirib.
Azərbaycan ərazisindəki iki sərhədyanı kəndin sakinləri ilə bağlı məsələ həll olunmağa başlayıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan ərazisindəki iki sərhədyanı kəndin - Uryanoba və Xraxobanın sakinləri ilə bağlı məsələ həll olunmağa başlayıb. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çərşənbə günü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, insanların həyatından söhbət getdiyi üçün Azərbaycan hakimiyyəti məsələyə böyük səbrlə yanaşır.

"Bu məsələnin həllində nümayiş etdirdikləri konstruktiv mövqeyə görə Azərbaycan tərəfinə minnətdarıq", - səfir bildirib.

Onun sözlərinə görə, SSRİ-nin süqutundan sonra Dağıstan sakinlərinin Azərbaycan ərazisində yaşadıqları vaxt adamlar adət etmədikləri vəziyyətlə üzləşiblər. Lakin Azərbaycan və Rusiya tərəflərinin apardıqları işdən sonra onların bir çoxu vəziyyəti anladılar. Onlar ya Azərbaycan vətəndaşlığını qəbul edərək bu yerlərdə yaşamaq, ya da Dağıstana köçüb Rusiya vətəndaşı qalmaq barədə qərar qəbul etdilər. Onun sözlərinə görə, belə olan halda Rusiya köçən şəxslərə hər cür yardım göstərir.

Xəbər lenti

Xəbər lenti