...

Azərbaycan Prezidentinin rəsmi saytının iPad üçün xüsusi əlavəsi istifadəyə verilib

Siyasət Materials 8 İyun 2011 16:34 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi saytının iPad planşet kompyuterləri üçün xüsusi əlavəsi istifadəyə verilib
Azərbaycan Prezidentinin rəsmi saytının iPad üçün xüsusi əlavəsi istifadəyə verilib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi saytının iPad planşet kompyuterləri üçün xüsusi əlavəsi istifadəyə verilib.

Trend-in məlumatına görə, iPad istifadəçiləri xüsusi əlavəni yükləyərək dövlətimizin başçısının çıxışlarına, müsahibələrinə, Prezidentin iştirak etdiyi tədbirlər haqqında xəbərlərə, fotomateriallara və saytın digər kontentinə yol tapacaq.

Xüsusi əlavənin yaradılması ictimaiyyətlə əlaqələrə diqqətin artması, həmçinin yeni kommunikasiya formalarından istifadə imkanları ilə bağlıdır.

Əlavəni yükləmək üçün verilən link vasitəsilə Apple Applications Store-də öz akkauntundan istifadə etmək lazımdır.

Xatırladaq ki, Azərbaycan Prezidentinin rəsmi saytı bundan əvvəl tamamilə yenilənmiş, Youtube-də şəxsi rəsmi kanal, Twitter mikrobloqlar şəbəkəsində akkaunt (Azərbaycan və ingilis dillərində) yaradılıb.

Bununla bərabər, Prezident Administrasiyası ictimaiyyəti öz fəaliyyəti barədə ənənəvi mediakanallarla yanaşı, Tvitter-akkaunt vasitəsilə məlumatlandıran ilk dövlət orqanı olub.

Administrasiyanın bəzi şöbə müdirləri də müxtəlif sosial şəbəkələrin fəal istifadəçiləridir.
Azərbaycan Prezidentinin saytı postsovet məkanında eyni vaxtda iPhone və iPad əlavələrinə malik olan yeganə internet-resursdur.

Xəbər lenti

Xəbər lenti