...

Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə Moldоvada "dəyirmi masa" keçirilib

Siyasət Materials 15 İyun 2011 14:03 (UTC +04:00)
Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Azərbaycanın Moldоvadakı səfirliyi və Moldоva Azərbaycanlıları Konqresi (MAK) tərəfindən MAK-ın mənzil qərargahında "dəyirmi masa" keçirilib.
Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə Moldоvada "dəyirmi masa" keçirilib

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Azərbaycanın Moldоvadakı səfirliyi və Moldоva Azərbaycanlıları Konqresi (MAK) tərəfindən MAK-ın mənzil qərargahında "dəyirmi masa" keçirilib.

Azərbaycanın Moldоvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Moldоvadakı səfiri Namiq Əliyev çıxış edərək Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan xalqının birdəfəlik olaraq milli qurtuluşunu təmin etdiyini qeyd edib. Səfir Heydər Əliyevin ölkəni xaos və anarxiyadan azad etdiyini bildirib.

Səfir ulu öndərin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışı ilə ölkənin müstəqilliyi, azərbaycançılıq, dövlətçilik, ədalətlik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən bir ideologiyanın əsasının qoyulduğunu bildirib.

O əlavə edib ki, Heydər Əliyev Azərbaycanı öz müstəqilliyini itirmək təhlükəsindən birdəfəlik olaraq xilas edib.

Daha sonra MAK-ın sədri Vüqar Novruzov çıxış edərək Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasətini, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə, o cümlədən Moldova Respublikası ilə əlaqələrin uzaqgörən siyasi prespektivlərə əsaslanan xəttlə inkişaf etdirməsini qeyd edib.

O, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının formalaşmasında ulu öndərin əvəzolunmaz əməyi olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti