Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/
TÜRKPA-nın baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 27-dən iyulun 1-dək Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdə olacaq. Səfər çərçivəsində TÜRKPA baş katibinin İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirakı nəzərdə tutulur. Bu barədə çərşənbə axşamı Trend-ə TÜRKPA-dan məlumat verilib.
56 ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyi sessiyada TURKPA baş katibinin təşkilatın fəaliyyəti, həmçinin TÜRKPA-nın İKT və İKT PA ilə əməkdaşlığı barədə çıxışı planlaşdırılır.
Həsənovun Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü də planlaşdırılır. Səfər proqramına onun TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamentinin sədri Ural Muxamedjanovla görüşü də daxil edilib.
TÜRKPA-nın fəaliyyətdə olan sədri ilə göruşdə TÜRKPA-nın perspektiv planları, beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və inkişafı, təşkilatın yeni qurulmuş komissiyalarının ilk toplantılarının keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı nəzərdə tutulur.