...

Kaliforniyanın Monterey şəhəri Lənkəranla qardaşlaşıb (FOTO)

Siyasət Materials 27 İyun 2011 12:37 (UTC +04:00)
Kaliforniyanın Monterey şəhəri Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşıb.
Kaliforniyanın Monterey şəhəri Lənkəranla qardaşlaşıb (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Kaliforniyanın Monterey şəhəri Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşıb.

Kaliforniyanın Monterey Şəhər Şurasının iclasında Azərbaycan və ABŞ şəhərlərinin qardaşlaşmasının tanınması barədə qətnamə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.

Qətnamədə hər iki şəhərin sakinlərinin maraqlarının ümumiliyi və Azərbaycan və ABŞ-ın tərəfdaşlıq müansibətləri qeyd olunur. Qardaşlıq münasibətlərinin qurulması barədə sazişi ABŞ tərəfdən Monterey şəhərinin meri Çak Della Salla, Azərbaycan tərəfdən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, eləcə də Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndələri Səmədağa Abdullayev və Əlimərdan Əliyev imzalayıblar.

İmzalanma mərasimində çıxış edən baş konsul Süleymanov Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi üçün şəhərlər səviyyəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini və Monterey şəhərində Azərbaycan Respublikasının dövlət bayrağının məhz Azərbaycanın öz müstəqilliyinin 20-ci ildönümünü qeyd etdiyi ildə qaldırılmasının xüsusi əhəmiyyətini vurğulayıb.

Öz növbəsində Lənkəran nümayəndələri ABŞ tərəfinə qonaqpərvərliyiə görə minnətdarlıqlarını bildiriblər və İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun salamlarını çatdırıblar. Mərasimdə ABŞ Konqresinin Monterey şəhərindən olan üzvü Sem Farrın və digər rəsmilərin məktubu da oxunub.

Azərbaycana bu yaxınlarda səfəri haqqında danışan Şəhər Şurasının üzvü Nensi Selfric və Cef Haferman Lənkəranda mehriban qarşılanmaları barədə xatirələrini, ümumilikdə ölkənin inkişaf prosesi ilə bağlı müsbət təəssüratlarını bölüşüblər.

Şəhər Şurası tərəfindən lənkəranlı qonaqlar üçün Montereyin təhsil mərkəzlərinə səfərlərin, şəhərin müxtəlif xidmətlərinin və özəl müəssisələrin fəaliyyəti ilə tanışlıq, eləcə də ətraf mühitin təşəbbüskarları ilə tanışlığın daxil olduğu geniş proqram hazırlanıb. Bundan başqa, Azərbaycan qonaqlarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycandan olan qonaqların səfəri yerli mətbuatda geniş işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti