...

Lamberto Zanyer ATƏT-in yeni baş katibi təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 İyun 2011 17:32 (UTC +04:00)
Lamberto Zanyer ATƏT-in yeni baş katibi təyin edilib. O, bu vəzifədə Mark Perren de Brişambonu əvəzləyib.
Lamberto Zanyer ATƏT-in yeni baş katibi təyin edilib (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

İkinci abzasdan sonra yeni təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:42-də yayılıb)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir A.Qasımova/

Lamberto Zanyer ATƏT-in yeni baş katibi təyin edilib. O, bu vəzifədə Mark Perren de Brişambonu əvəzləyib. Trend-in məlumatına görə, bu barədə təşkilatın məlumatında deyilir.

"Zanyer ATƏT-in 56 iştirakçı dövlətinin Nazirlər Şurasının yekdil qərarı ilə təyin edilib", - cümə axşamı ATƏT-in sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis bildirib.

Ajubalisin sözlərinə görə, o, məhz italiyalı diplomatın bu təşkilata başçılıq edəcəyinə şaddır.

"Bu, ATƏT iştirakçı dövlətləri üçün kritik andır, belə ki, biz mövcud təhlükəsizlik məsələlərini, o cümlədən regiondakı yubadılmış münaqişələri həll etməliyik, özümüzü yeni təhdidlərə qarşı effektiv hazırlamalıyıq, eləcə də üzərimizə daha geniş öhdəliklər götürməliyik ki, Əfqanıstan və Şimali Afrika ölkələri də daxil olmaqla, tərəfdaşlarımızı dəstəkləyək", - Ajubalis bildirib.

Sədrin sözlərinə görə, ATƏT-in baş katibi bu səyləri dəstəkləməli, inkişaf etdirməlidir və Zanyerin səfir kimi təcrübəsi yaxın illər ərzində təşkilata yaxşı xidmət edəcək.

Karyeralı diplomat olan Zanyer 2002-ci ildən 2006-cı ilədək ATƏT-in Münaqişələrin qarşısının alınması mərkəzinin direktoru vəzifəsində çalışıb. 2008-ci ilin iyunundan BMT-nin Kosovodakı xüsusi nümayəndəsi vəzifəsini tutub.

"Mənim üçün bu təşkilatın baş katibi vəzifəsini tutmaq böyük şərəfdir. Mən onunla yaxşı tanışam və təşkilat bizim ümumi dəyərlərimizin irəliləməsində və ümumi təhdidlərə qarşı mübarizədə əsas rol oynayır", - vəzifəsinin icrasına iyulun 1-dən başlayacaq Zanyer qeyd edib.

"Mən ATƏT-in iştirakçı dövlətləri ilə bu problemlərin həlli üzrə birgə işimizi səbirsizliklə gözləyirəm", - baş katib vurğulayıb.

ATƏT-in baş katibi ATƏT sədrinin nümayəndəsi və təşkilatın vəzifəli baş inzibatçı şəxsi kimi çıxış edəcək. Baş katib Nazirlər Şurası tərəfindən 3 il müddətinə təyin edilir. Onun fəaliyyəti uzadıla bilər.

İndi artıq təşkilatın sədri ATƏT-in keçmiş baş katibi Mark Perren de Brişamboya ATƏT regionunda ümumi təhlükəsizlik və dialoqa verdiyi töhfəyə görə mükafat verib.

Xəbər lenti

Xəbər lenti