...

Türkiyə Prezidenti yeni hökuməti təsdiq edib

Siyasət Materials 6 İyul 2011 16:09 (UTC +04:00)
Türkiyə Prezidenti Abdulla Gül bu gün ölkənin yeni 61-ci hökumətini təsdiq edib.
Türkiyə Prezidenti yeni hökuməti təsdiq edib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir A.Tağıyev/

Türkiyə Prezidenti Abdullah Gül bu gün ölkənin yeni 61-ci hökumətini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV xəbər verir. Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin 61-ci hökumətinin yeni Nazirlər Kabinetinin siyahısını elan edib.

Türkiyədə keçirilən parlament seçkilərində proqnozlaşdırıldığı kimi, Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) seçicilərin 50 faizinin səsini toplayaraq qalib gəlib.

Əldə olunan nəticələrlə Ərdoğanın partiyası yeni parlamentdə 330 mandat əldə edib ki, bu da ona birpartiyalı hökumət formalaşdırmaqda kömək edəcək. Lakin bu, AKP-yə TBMM-də yeni konstitusiyanın sərbəst şəkildə qəbul edilməsinə və referendum keçirilməsinə imkan vermir.

Türkiyə Konstitusiyasına görə, prezident partiya liderinə müvafiq tapşırıq verdiyi andan 45 gün ərzində hökumət formalaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti