Azərbaycan, Bakı, 9 iyul /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankoreli ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü XİN-in mətbuat xidmətindən bildirilib.
Görüş zamanı səfir Cankorel Azərbaycanda ATƏT-in Bakı ofisinin rəhbəri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə təmsil etdiyi təşkilatla Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.
Nazir Məmmədyarov səfir Əli Bilge Cankorelə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.