...

Azərbaycan Prezidenti Bakı Sağlamlıq Mərkəzinin tikintisinə 5 mln manat ayırıb

Siyasət Materials 9 İyul 2011 19:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Bakı Sağlamlıq Mərkəzinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı dövlət başçısının rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Bakı Sağlamlıq Mərkəzinin tikintisinə 5 mln manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Bakı Sağlamlıq Mərkəzinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı dövlət başçısının rəsmi saytı yayıb.

Sərəncama əsasən qərara alınıb ki, Bakı Sağlamlıq Mərkəzinin tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti