...

Mexikoda Meksika-Azərbaycan Dostluq Parkı salınacaq (FOTO)

Siyasət Materials 14 İyul 2011 10:55 (UTC +04:00)
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Mexikoda Meksika-Azərbaycan Dostluq Parkının salınması məqsədilə Mexiko şəhəri hökumətinin başçısı (mer) Marselo Ebrard ilə görüşüb.
Mexikoda Meksika-Azərbaycan Dostluq Parkı salınacaq (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Mexikoda Meksika-Azərbaycan Dostluq Parkının salınması məqsədilə Mexiko şəhəri hökumətinin başçısı Marselo Ebrard ilə görüşüb. Trend-in məlumatlına görə, bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Tərəflər Mexiko şəhərində açılacaq Meksika-Azərbaycan Dostluq Parkının yekun planını birgə nəzərdən keçirərək, qarşılıqlı razılaşma haqqında saziş imzalayıblar.

Səfir Muxtarov Azərbaycan və Meksika arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin gələcək perspektivlərindən bəhs edərək vurğulayıb ki, Azərbaycan hökuməti iki ölkə arasında münasibətlərin geniş spektrdə inkişaf etdirilməsində maraqlıdır.

Görüş zamanı səfir Mexiko şəhərinin merini Azərbaycana səfərə dəvət edib. Marselo Ebrard məmnuniyyətlə Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib, iki ölkə arasında mədəni əlaqələrin genişləndiyini yüksək qiymətləndirərək, gələcəkdə daha geniş birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Sazişin imzalanma mərasimində Mexiko şəhəri hökumətinin inkişaf və mənzil naziri Felipe Leal da iştirak edib.

Xəbər lenti

Xəbər lenti