...

SAM-da ABŞ-ın Truman Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Siyasət Materials 23 İyul 2011 11:22 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Bakıda səfərdə olan ABŞ-ın Truman Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla görüşüblər.
SAM-da ABŞ-ın Truman Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Bakıda səfərdə olan ABŞ-ın Truman Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla görüşüblər.

Trend-in məlumatına görə, görüşdə PA rəsmisi Azərbaycan xarici siyasətinin prioritetləri, ABŞ-Azərbaycan münasibətləri, Cənubi Qafqaz regionunun geosiyasəti və təhlühəsizliyi, mövcud təhdidlər və s. barədə qonaqlara məlumat verib.

Aslanov müzakirə zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini xüsusilə önə çəkərək, münaqişə ətrafında gedən danışıqlar prosesi barədə məlumat verib, müharibənin regionun ümumi inkişafına mane olduğunu bildirib. Eyni zamanda, orada etnik təmizləmələrin aparılması və dinc əhalinin zorla öz doğma evlərindən qovulması faktı ilə bağlı dünya ictimaiyyətinin öz birmənalı mövqeyini bildirməsinin vacibliyini vurğulayıb.

Prezident Administrasiyasının şöbə müdiri qonaqları maraqlandıran digər sualları da cavablandıraraq, qarşılıqlı maraq kəsb edən mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti