...

Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərə sığınacaq veriləcək

Siyasət Materials 12 Avqust 2011 17:56 (UTC +04:00)
Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərə sığınacaq veriləcək.
Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərə sığınacaq veriləcək

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərə sığınacaq veriləcək. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, komitə tərəfindən hazırlanan "Sosial xidmət haqqında" qanun layihəsində bu hal nəzərdə tutulub.

Onun sözlərinə görə, qanunda sosial xidmətə ehtiyacı olan müxtəlif qrupların, o cümlədən ahılların və əlillərin sığınacaqlarla təmin olunması nəzərdə tutulur. Millət vəkili qeyd edib ki, qanunda həmin qrupdan olan şəxslərə müəyyən xidmətlərin göstərilməsi, o cümlədən tibbi-sosial reablitasiya işlərinin aparılması, işlə təmin olunması məsələlərinin hüquqi əsasını tənzimləyəcək hallar nəzərdə tutulacaq.

Quliyevin sözlərinə görə, həm dövlət orqanları, həm qeyri-hökumət təşkilatları, həm də Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu qanuna istinad edərək fəaliyyətlərini qura biləcəklər.

"Sosial xidmət haqqında" qanun layihəsi Milli Məclisin mayın 17-də keçirilən plenar iclasında müzakirə olunub. 6 fəsil və 28 maddədən ibarət qanun layihəsi birinci oxunuşdan keçib.

Xəbər lenti

Xəbər lenti