• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Rəsmi Bakı WikiLeaks-də yayılan son məlumatların böhtan olduğunu bəyan edib

5 Sentyabr 2011 16:02 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Hüseynli/

Rəsmi Bakı WikiLeaks saytında Azərbaycanla bağlı verilən son məlumatların yalan və böhtan olduğunu bəyan edib.

"WikiLeaks ABŞ diplomatlarına istinad edərək, onların mülahizələrinə söykənərək bölgədə müxtəlif dövlətlərin münasibətlərini kəskinləşdirməyə cəhd göstərən və heç bir əsası olmayan informasiyaları yayma xəttini tutdu. Bununla bağlı biz dəfələrlə təkzib vermişik - xüsusən də Azərbaycan-Türkiyə münasibətlərini pisləşdirməyə yönəldilmiş informasiyalar var idi, Azərbaycan və Türkiyə rəhbərlərini ləkələməyə istiqamətlənən məlumatlar var idi, Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətlərinə toxunan və bu münasibətlərin ahəngini pozmağa çalışan müəyyən bəlli, məqsədyönlü düşünülmüş xətlər var idi. Bunlarla bağlı biz dəfələrlə təkzib vermişik, onları inkar etmişik - boş informasiyadır, yalandır, qəsdən uydurulmuş, yayılmış məlumatlardır və bu gündə həmin fikirdəyik", - bunu bazar ertəsi Trend-ə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, artıq WikiLeaks informasiyaları dünyada yayılan sarı mətbuat informasiyası səviyyəsinə gəlib çatıb.

"O informasiyaların yalan olduğunu biz dəfələrlə faktlarla sübut etmişik. Məsələn son zamanlar yayılıb ki, guya Azərbaycan Prezidenti GUAM tədbirindən sonrakı ziyafətdə qonaqları heyrətləndirəcək villa, iqamətgah göstərib. Halbuki o tədbir ölkənin Zuğulba dövlət iqamətgahının qonaq evində keçirilib ki, orada nə sauna var, nə də onları heyrətləndirəcək təsvirlər. Bunlar hamısı yalandır. Cəmi bir faktı göstərməklə demək istəyirəm ki, bunlar hamısı yalandır. Faktiki olaraq orada səsləndirilən informasiyalar yalan və yaxud kiminsə mülahizəsindən ibarətdir. Yaxud da İranla bağlı Azərbaycan Prezidentinin dilindən guya səsləndirilən ifadələr var. Bunların hamısını təkzib edirik və bu informasiyaları qəsdən uydurulmuş, Azərbaycanın xarici ölkələrlə münasibətlərinə təsir göstərən, öz məqsədləri istiqamətində o münasibətləri idarə edən və formalaşdıran siyasət kimi dəyərləndiririk. Xüsusən, ABŞ-ın ayrı-ayrı dövlət rəsmilərinə istinadən müəyyən sözlər işlənib ki, biz onları da təkzib edirik", - Həsənov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib – Nazir müavini
Siyasət 10:16
Azərbaycanda daha bir medal təsis edilir
Siyasət 10:00
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
Siyasət 15 Fevral 21:24
Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı - Nurlana Məmmədzadə
Siyasət 15 Fevral 21:02
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında iştirak edib (FOTO)
Siyasət 15 Fevral 20:37
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışında iştirak edib (FOTO)
Siyasət 15 Fevral 20:20
Xəbər lenti
İstanbul-Bakı aviareysi ilə gələn iki qadın saxlanılıb (FOTO)
Hadisə 11:15
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
Gündəm 11:06
Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir (FOTO)
İdman 10:55
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
Hadisə 10:50
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FОТО)
Cəmiyyət 10:30
Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib – Nazir müavini
Siyasət 10:16
Azərbaycanda daha bir medal təsis edilir
Siyasət 10:00
Olimpiya çempionu: Bakıda Dünya Kubokunda bütün gimnastların qələbə üçün eyni şansları olacaq
İdman 09:56
Çində bina çöküb, dağıntılar altında qalanlar var
Dünya xəbərləri 09:43
Ən çox oxunanlar
Reyhan Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da
Reyhan Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq (ÖZƏL)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında iştirak edib (FOTO)
Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı - Nurlana Məmmədzadə
Nəzər nöqtəsi
Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir

Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir

Millət vəkili: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq
Ekspert: Prezident İlham Əliyevin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür
Xocalıda törədilən dəhşətli cinayətə göz yummaq son dərəcə böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri