...

Bakıda Özbəkistanın müstəqilliyinin 20-ci ildönümü qeyd olunub

Siyasət Materials 5 Sentyabr 2011 20:35 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bakıda Özbəkistanın müstəqilliyinin 20-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda Özbəkistanın müstəqilliyinin 20-ci ildönümü qeyd olunub. Trend-in məlumatına görə, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirə Azərbaycan hökuməti adından iqtisadi inkişaf naziri Şahin Mustafayev qatılıb.

Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev öz çıxışında 20 illik müstəqillik dövründə ölkəsinin böyük inkişaf yolu keçdiyini deyib.

Onun sözlərinə görə, hazırda Özbəkistan öz-özünü bütün resurslarla təmin edən ölkədir.

Səfir bildirib ki, bu gün Özbəkistan öz müstəqilliyini qoruyub saxlamaq gücünə malikdir.

Azərbaycan-Özbəkistan münasibətlərinə toxunan səfir qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

"Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıdır", - o deyib.

Nazir Mustafayev Azərbaycan-Özbəkistan münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib.

Onun sözlərinə görə, iki ölkənin münasibətlərini tərəflər arasında imzalanmış 100-ə yaxın saziş və sənəd müəyyən edir.

İki ölkə arasında ticarət əlaqələrinin də inkişaf etdiyini deyən nazir əlavə edib ki, 2009-cu illə müqayisədə 2010-cu ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 80 faiz artıb.

O, Azərbaycanın ikitərəfli əlaqələrin bundan sonra da inkişafının tərəfdarı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti