...

Bakıda Ukraynanın müstəqilliyinin 20 illiyi qeyd olunub

Siyasət Materials 6 Sentyabr 2011 20:48 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda Ukraynanın müstəqilliyinin 20 illiyi qeyd olunub.
Bakıda Ukraynanın müstəqilliyinin 20 illiyi qeyd olunub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir S.Ağayeva/

Çərşənbə axşamı Bakıda Ukraynanın müstəqilliyinin 20 illiyi qeyd olunub. Müstəillik gününün şərəfinə Ukraynanın Azərbaycandakı səfirliyi qəbul təşkil edib.

Trend-in məlumatına görə, tədbirdə ölkədə akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları, iş adamları və KİV nümayəndələri iştirak ediblər. Azərbaycan hökumətini tədbirdə sənaye və energetika naziri Natiq Əliyev təmsil edib.

Hər iki ölkənin dövlət himni səslənib. Sonra Ukrayna səfiri Aleksandr Mişenko iştirakçıları salamlayıb, ölkəsinin milli bayramı haqqında məlumat verib.

Öz növbəsində nazir Əliyev Azərbaycan və Ukrayna arasındakı əlaqələri strateji əhəmiyyətli adlandıraraq qeyd edib ki, iki ölkə həmişə bir-birini dəstəkləyib və bu, gələcəkdə də belə olacaq.

Onun sözlərinə görə, energetika sahəsindəki əməkdaşlıq ikitərəfli əlaqələrdə xüsusi yer tutur. Əliyev bu əməkdaşlığın gələcəkdə də inkişaf edib möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti