...

Arif Rəhimzadə: Azərbaycanda bələdiyyələr qərarlarını məxfi qəbul edirlər (ƏLAVƏ OLUNB)

Siyasət Materials 7 Sentyabr 2011 10:37 (UTC +04:00)
Azərbaycanda bələdiyyələr qərarlarını məxfi qəbul edirlər, bu da seçicilər tərəfindən birmənalı qarşılanmır.
Arif Rəhimzadə: Azərbaycanda bələdiyyələr qərarlarını məxfi qəbul edirlər (ƏLAVƏ OLUNB)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bələdiyyələr qərarlarını məxfi qəbul edirlər, bu da seçicilər tərəfindən birmənalı qarşılanmır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə DSK sədrləri üçün seçki hüququ üzrə təşkil olunmuş kurslarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 1718, bəzi mənbələrə görə, 1722 bələdiyyə var və bu bələdiyyələrə öz işlərini qurmaq üçün imkan yaradılıb.

"Seçicilər görsələr ki, bələdiyyə işini açıq və şəffaf şəkildə aparır, kollegial şəkildə qərarlar qəbul olunur, o zaman bələdiyyə seçicilərin hərtərəfli dəstəyini ala bilər", - Rəhimzadə əlavə edib.

Onun sözlərinə görə, bələdiyyələrin əsas gəlir mənbələrindən biri də torpaq satışıdır. Bu mənbə də demək olar ki, artıq tükənir. Buna görə bələdiyyələr dövlətdən yeni torpaq sahələri istəyirlər.

Millət vəkili bildirib ki, ölkə üzrə toplanılan bələdiyyə vergilərindən hər bələdiyyəyə az miqdarda pul düşür. Təbii ki, bu pulla bələdiyyə böyük işlər görə bilməz.

Rəhimzadə onu da deyib ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün qanunvericilik bazası yaradılıb və maliyyə mənbələrini təmin etmək üçün qaydalar müəyyənləşdirilib.

"Bələdiyyələrin hələ ki maddi cəhətdən tam müstəqil olmamalarının başlıca səbəbi keçid dövrüdür. Tədricən bu problem də aradan qaldırılacaq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti