...

Azərbaycan Prezidenti Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının açılışında iştirak edib

Siyasət Materials 12 Sentyabr 2011 11:45 (UTC +04:00)
Sentyabrın 12-də Bakıda, "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb
Azərbaycan Prezidenti Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının açılışında iştirak edib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Sentyabrın 12-də Bakıda, "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev sessiyanın açılışında iştirak edib.

Tədbirdə DST-nin baş direktoru Marqaret Çen, 53 ölkənin səhiyyə nazirləri, bir çox nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və Azərbaycanın tibb mütəxəssisləri iştirak edirlər.

Sessiyanın icraçı sədri Jozep Kasals, Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakab cıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq etdilər, səhiyyənin aktual problemləri ilə bağlı strategiya və planların qəbul ediləcəyini və mühüm qərarlar veriləcəyini bildirdilər.

Sonra sessiyanın sədri və digər vəzifəli şəxsləri seçildi. Səhiyyə naziri Oqtay Şirəliyev 61-ci sessiyanın sədri seçildi.

Şirəliyev məruzə ilə çıxış etdi.

Sonra sessiyanın gündəliyi təsdiq olundu.

Daha sonra Prezident İlham Əliyev sessiyada nitq söylədi. Dövlətimizin başçısı tədbir iştirakçıları ilə görüşdü.

Nazir Oqtay Şirəliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın tədbir iştirakçılarına təbrik məktubunu oxudu.

DST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasının keçirilməsində əsas məqsəd Avropa regionunda sağlamlığın yaxşılaşdırılmasına və səhiyyənin inkişafına kömək göstərməkdir. Sessiyada qeyri-yoluxucu xəstəliklər, alkoqol, HİV/QİÇS, vərəm və antibiotiklərdən düzgün istifadə, tibbin son nailiyyətləri barədə məruzələr dinləniləcək və qərarlar veriləcək.

Sentyabrın 15-dək davam edəcək sessiyada region sakinlərinin sağlam həyat tərzi ilə bağlı 2020-ci ilədək dövrü əhatə edəcək proqram qəbul olunacaqdır. Sessiya çərçivəsində bir çox sənədlərin imzalanması da gözlənilir.

Tədbir müvafiq məruzələrin dinlənilməsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti