...

Macarıstan Prezidentinin Azərbaycana səfərinin təxmini tarixi açıqlanıb

Siyasət Materials 13 Sentyabr 2011 14:51 (UTC +04:00)
Macarıstan Prezidenti Pal Şmitt noyabrın 11-12-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə çərşənbə axşamı Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib.
Macarıstan Prezidentinin Azərbaycana səfərinin təxmini tarixi açıqlanıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir S.Ağayeva/

Macarıstan Prezidenti Pal Şmitt noyabrın 11-12-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə çərşənbə axşamı Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib.

Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk səfəridir.

Səfər zamanı iki ölkənin əməkdaşlığına dair məsələlərin geniş müzakirəsi nəzərdə tutulub.

Hökumət üzvləri ilə yanaşı, Şmitti işgüzar dairələrin nümayəndələri də müşayiət edəcəklər.

Bakıda ticari-iqtisadi əməkdaşlığa dair Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi də planlaşdırılır. Komissiyanın birinci iclası 2010-cu il fevralın 23-də Budapeştdə keçirilib. Orada ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri, xüsusən neft-kimya sahəsində, kənd təsərrüfatı, turizm və tikinti sektorlarında çatdırılmaların təhlükəsizliyinin təmin olunması müzakirə olunub.

Azərbaycan Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında iki ölkə arasında mal dövriyyəsi 9,9 milyon dollar olub.

Xəbər lenti

Xəbər lenti