...

Azərbaycan Prezidenti Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün yeni binanın tikintisi barədə sərəncam imzalayıb

Siyasət Materials 14 Sentyabr 2011 19:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün yeni binanın tikintisi barədə sərəncam imzalayıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün Bakı şəhərinin Yasamal rayonu ərazisində 360 şagirdlik yeni binanın tikintisi məqsədi ilə Şuşa rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1,5 (bir milyon beş yüz min) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti