...

Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Bakıda beynəlxalq tədbir keçiriləcək

Siyasət Materials 19 Sentyabr 2011 11:03 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Bakıda 23-24 sentyabrda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir keçiriləcək.
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Bakıda beynəlxalq tədbir keçiriləcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Bakıda 23-24 sentyabrda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AVCİYA-dan bildirilib.

Tədbirdə dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avronest, Avropa ölkələri parlamentlərinin deputatları, hazırkı və keçmiş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edəcəklər.

Tədbirdə dövlət məmurları ilə yanaşı, xarici qonaqların da çıxışları nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti