Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Mali Respublikasının Prezidenti Amadu Tumani Tureyə təbrik məktubu ünvanlayıb.
"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mali arasında təşəkkül tapmış münasibətlər dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Amadu Tumani Tureyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Mali xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.